Qadin.NET / Dünya bu xəbərlə sevindi

Dünya bu xəbərlə sevindi

 

Dünya bu xəbərlə sevindi

Bütün dünyanı vahimə içində saxlayan Ebola virusuna qarşı peyvənd tapılıb. Bu ağır xəstəlik nəticəsində təkcə Afrikada on mindən çox insan vəfat edib. Xəstəliklə mübarizə virusun Qərbi Avropaya keçməsindən sonra bütün dünyada aktivləşib.
ANS TV-nin məlumatın görə, Böyük Britaniyanın iri əczaçılıq şirkəti “Qlakso-Smit-Klayn” tərəfindən hazırlanan peyvəndin ilkin nəticələri ürəkaçandır. Aparılan təcrübələr göstərib ki, peyvənd təhlükəsizdir və insanın immun sisteminə virusla mübarizədə yardımçı ola bilər.
Kəşf olunan peyvəndin sınaqları Amerika Birləşmiş Ştatlarında yaşayan 20 könüllü üzərində keçirilib. Peyvəndin tədqiqinə görə məsul olan ABŞ Milli Səhiyyə İnstitutlarının alimləri Peyvənd vurulan insanlardan heç birinin əks təsirlə üzləşmədiyini deyirlər. Yüksək dozada peyvənd vurulanlarda Ebola virusuna qarşı müdafiə sistemi daha fəal olub.
Bu peyvəndin tərkibinə gəldikdə isə, buraya bədən səthində Ebola virusunun infeksiyalaşmış proteini daşımaq qabiliyyətinə malik olan şimpanzedən alınmış və genetik modifikasiya edilmiş virus daxildir.
Təcrübəsi hələ də davam edən peyvəndin sınaqları 4 mərhələdə aparılacaq. Peyvəndin 21-ci əsrin Vəbası adlanan Ebola ilə mübarizədə əsas üsul olacağı gözlənilir.

Mənbə:ANS PRESS

 

28 noyabr 2014
GO BACK