Qadin.NET / Bakıya illərlə xidmət edən hava limanı bağlanır

Bakıya illərlə xidmət edən hava limanı bağlanır

 

Ancaq şəhər sakinləri və qonaqlar heç də narahat olmasınlar. Çünki artıq Binədə tikilən yeni aeroport onlara xidmət edəcək. 
Binə hava limanındakı köhnə terminal gələn aydan etibarən fəaliyyətini dayandıracaq. Bu sözləri Milli.Az-a "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin mətbuat katibi Məhərrəm Səfərli bildirib. 
Onun sözlərinə görə, dekabr ayının 1-dən etibarən bütün reyslər yeni inşa olunmuş terminaldan həyata keçiriləcək. 
Qeyd edək ki, yeni aeroportdan yalnız AZAL-a məxsus reyslər üçün istifadə olunur. 

Mənbə:ANS PRESS

28 noyabr 2014
GO BACK