Qadin.NET / Çezare Prandelli "Qalatasaray"dan qovuldu

Çezare Prandelli "Qalatasaray"dan qovuldu

 

Çezare Prandelli "Qalatasaray"dan qovuldu

 

"Qalatasaray" baş məşqçi Çezare Prandelli ilə bağlı yekun qərarını verib.
Trend-in "Hürriyət" qəzetinə istinadən yaydığı xəbərə görə klub rəhbərliyi təcrübəli mütəxəssisi istefaya göndərib. Bu qərarın axşam saatlarında rəsmən açıqlanacağı bildirilib. Yeni baş məşqçinin adının isə bir neçə günə müəyyənləşəcəyi qeyd olunub.
Xatırladaq ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Anderlext"-ə uduzub və avrokuboklardan kənarda qalıb.

Mənbə: Trend.az

27 noyabr 2014
GO BACK