Qadin.NET / Bakının buludlara çatan minarələri (FOTO)

Bakının buludlara çatan minarələri (FOTO)

Bakının buludlara çatan minarələri (FOTO)
Bakının nadir memarlıq nümunəsi olacaq məscidin tikintisi tam gücü ilə davam edir. Bakı Şəhər İcra Hakimiyyətindən ANS PRESS-ə Qafqazın ən böyük ibadət ocağında aparılan işlərin yaxın zamanda tamamlanacağı deyilib. 
Artıq məscidin inşaası demək olar ki, başa çatıb. Belə ki, dövlət başçısının təşəbbüsü ilə tikilən məscidin gümbəzi, dörd minarəsi tamamlanıb. 
Burada 4 min insan eyni vaxtda ibadətlə məşğul ola biləcəkdir. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarətdir. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. 
Bu şamların altında isə dini ayələr quraşdırılacaq. 
Üç şərəfəli minarələrin ümumi hündürlüyü 95 metr nəzərdə tutulub. 
Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. 
Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq. 
1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda dörd yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulmuşdur.
ANS PRESS ən böyük məsciddən olan son fotoları təqdim edir.
Mənbə:ANS PRESS
27 noyabr 2014
GO BACK