Almaniya kansleri Angela Merkel ölkə parlamenti – Bundestaqda çıxışı zamanı Rusiyanın Ukraynaya qarşı təcavüzünü sərt tənqid edib.
ANS PRESS-in məlumatına görə o deyib: “Krımın ilhaqına, Rusiyanın Donetsk və Luqanskdakı döyüşlərdə birbaşa və ya dolayısı ilə iştirakına haqq qazandırmaq olmaz. Rusiya Avropadakı dinc asayişi sual altına alır və beynəlxalq qanunları tapdalayır."
Onun sözlərinə görə Şərqi Ukraynada davamlı sülhün bərqərar olması çətin məsələdir və buna görə də Rusiya üzərinə yeni sanksiyaların qoyulması qaçılmazdır: “Bizim siyasət vasitəsi kimi müharibəni tam istisna etdiyimizi deməyimiz o mənaya gəlmir ki, bizimlə istənilən cür davranmaqolar.”
Politoloqların fikrincə, A.Merkel Rusiyaya qarşı yumşaq davranış taktikasının fayda vermədiyinə artıq tam əmindir. Demək olar ki, Moskvanı yola gətirmək cəhdlərinin ehtiyatı tükənib.
Xarici KİV-lərin yazdığına görə separatçıların Mariupolu zəbt edəcəkləri təqdidə bütün oyun qaydaları dəyişə bilər.
Hazırda Moskva mümkün sanksiyaların qarşısının alınması üçün İtaliya, Slovakiya və Macarıstana təzyiq göstərir.
Mənbə: anspress.com