Qadin.NET / Bakıda bu yol da bağlandı

Bakıda bu yol da bağlandı

Bakıda bu yol da bağlandı

Bakıda daha bir yol təmirə bağlanıb. 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yol bağlanmasına kənar yolda aparılan təmir işlər səbəbdir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yolun bağlanması ilə bağlı sürücülərə müraciət edib.  Sürücülərə alternativ olaraq Rövşən Cəfərov və Cavadxan küçələrindən istifadə etmələri tövsiyə olunub.

Mənbə: anspress.com

27 noyabr 2014
GO BACK