Qadin.NET / Wi-Fi şüası zərərlidir?

Wi-Fi şüası zərərlidir?

 

Wi-Fi texnologiyası interneti xeyli sayda istifadəçi üçün daha əlçatan edib. İndi bir qurğudan digərinə kabel çəkməyə ehtiyac yoxdur, sadəcə Wi-Fi router vasitəsilə internetə qoşulmaq olar. Bəs əgər Wi-Fi şüası zərərlidirmi?Hər şeydən əvvəl qeyd edək ki, Wi-Fi şüasının zərəri haqda məqalələrin əksəriyyəti elmi fakt və ya tədqiqatlara əsaslanmayıb. Faktların olmamasına baxmayaraq, Wi-Fi şüasının sağlamlığa zərərli olması iddiasının tərəfdarları hər gün çoxalır.Milli.Az İCT nevs-a istinadən bildirir ki, bu barədə ciddi elmi araşdırmalar keçirilməyib. Hətta hər hansı ölkə tərəfindən araşdırma keçirilsə belə, çətin ki, simsiz texnologiyaların tərəfdarları və ya əleyhdarlarının sayı azalacaq.

 

Britaniyada Sağlamlığın qorunması assosiasiyasının alimləri mobil rabitə şüasını Wi-Fi ötürücüdən çıxan şüa ilə müqayisə ediblər. Məlum olub ki, birincinin intensivliyi ikinci ilə müqayisədə 5000 dəfə çoxdur, yəni sadə mobil telefon Wi-Fi qoşulma ilə müqayisədə daha çox zərərlidir.
Mənbə: Milli.Az
27 noyabr 2014
GO BACK