Valideynlərin uşaqların tərbiyəsi ilə əlaqədar az vaxt ayırması günün aktual mövzularındandır. Valideynlər ailənin ruzisi ilə bağlı işlərini bəhanə edərək uşaqlarına vaxt atırmaması məsələsində, sanki, özlərini sığortalayırlar. Halbuki, bu məsələdə onların uşaqlara minnət qoyması heç də düz deyil.
"(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk..." (Ənam sürəsi, 151)
Valideyn diqqətindən kənar qalmış uşaqlar ən yumşaq halda dərslərində zəifləyir, ən pis halda isə, misal üçün, narkotik aludəçiliyindən tutmuş, terror təşkilatlarına qədər sürüklənir.
İnternet məkanın bu qədər asanlaşdığı bir anda uşaqlara nəzarət daha da ciddilik tələb edir. Nəzarətdən kənar qalmış uşaqlar mənfi ruhlu informasiyalardan tutmuş, qeyri-etik mövzulara qədər gedib çıxa bilir. Əlbəttə, neqativləri bir qədər də sadalamaq olar. Amma bütün bunların bir çıxış yolu var. Uşaqlara lazımi nəzarət!
Qeyd edək ki, dindar ailələrdə də uşaqların tərbiyəsi ilə bağlı münasibətlər qanedici deyil. İşdən gəlmiş valideyn yorğunluğu bəhanə edərək uşağın sualına səbirsizlik göstərdikdə, dərsləri ilə bağlı vaxt ayırmadığında sonda övlad çatışmazlıqlarını kənarda axtaracaq. Müşahidələrə görə dindar ailələrdə çatışmayan elementlərdən biri də uşaqlarına psixoloq ayırmamalarıdır. Mütəxəssislər vurğulayır ki, uşaqlar valideynlərinə deyə bilmədiklərini psixoloqlara deyə bilir. Bu isə uşaqlarda yarana biləcək gələcək problemlərin önlənməsində müsbət rol oynaya bilər.
Mənbə: Milli.Az