
Yahoo şirkətinə məxsus Tumblr sosial şəbəkəsi ən sürətlə inkişaf edən sosial şəbəkə olub. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Tumblr-ın aktiv istifadəçi sayı son 6 ay ərzində 120% artıb. Yeni qeydiyyatdan keçən istifadəçilərinin sayına görə, lider Pinterest-dir. Son 6 ayda sosial şəbəkənin istifadəçilərinin sayı 57%, aktiv istifadəçilərin sayı isə 111 % artıb. İnstagram, Linkedin, Twitter, YouTube və hətta Google Plus dünyanın ən populyar şəbəkəsi olan Facebook-u istifadəçi artımına görə geridə qoyub. Son 6 ay ərzində Facebook-un istifadəçilərinin sayı 6%, aktiv istifadəçilərinin sayı isə 2% olub. Ən populyar mobil tətbiq isə "Snapchat" olub. Məlumatları Global Web Index şirkəti yayıb.
Mənbə: Milli.Az