Qadin.NET / Sinoptiklər sevindirmədilər

Sinoptiklər sevindirmədilər

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək.Havanın temperaturunun gecə 4-6, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında noyabrın 27-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

26 noyabr 2014
GO BACK