Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.Yeni ödəniş sisteminə keçidin (nağdsız kart sistemi) və yeni avtobusların alınmasının gedişhaqqının qiymətinə təsir edib-etməyəcəyinə dair sualı cavablandıran Pənahov bildirib ki, elektron ödəniş sisteminə keçid gedişhaqqının qiymətinə təsir etməyəcək: "Gedişhaqqının artması məsələsi mütəmadi olaraq müzakirə mövzusu olur, lakin bu gün həmin məsələ hələlik gündəlikdə deyil”.
Mənbə: Milli.Az