Qadin.NET / Dəniz suyu da qızardı

Dəniz suyu da qızardı

 

Çinin Şençjen vilayətinin şərqindəki Dameyşa kurortunda qəribə təbiət hadisəsi yaşanır. Dəniz suyu hələlik bilinməyən səbəbdən qızarmağa başlayıb.Milli.Az AsiaTimes-a istinadən bildirir ki, alimlərin ilkin rəylərinə görə, suyun qızarmasının səbəbi "Karenia Brevis" adlı mikroskopik dəniz yosunudur.
2004-cü ildən sonra Dameyşa səmtində dəniz sularına axıdılan sənaye tullantılarının həcmi artdığından sözügedən yosunun sürətli çoxalması müşahidə olunur.
Mənbə: Milli.Az

 

 

26 noyabr 2014
GO BACK