
Reddit forumunun "Jrockilla" nikli istifadəçisinin yazdığına görə, çalışdığı şirkətdə kompüterlər elektron siqaretlərdən virusa yoluxublar.
Milli.Az bildirir ki, elektron siqaretlər Çində istehsal olunub. Virus siqaretin enerji ilə doldurulduğu USB qurğusu vasitəsilə kompüterə keçib.Şirkət bu siqaretləri eBay-da 5 dollara alıbmış. Bir qədər əvvəllər istənilən kontroller və ya USB-dən kompüterə keçən,iz buraxmayan viruslar aşkarlamışdılar.
Mənbə: Milli.Az