Qadin.NET / Tarixdən bu günə uşaq hüquqları

Tarixdən bu günə uşaq hüquqları

 

İslamdan əvvəlki Ərəbistan Yarımadasında təkcə qız uşaqlarının yox, oğlan uşaqlarının da həyatı üçün heç bir təminat yox idi.

Uşaqlar ataları tərəfindən satıla, şikəst edilə və ya öldürülə bilirdi. Ancaq İslamdan sonra atanın uşaq üzərindəki hüdudsuz hakimiyyəti sona çatdı və ilk dəfə uşaq hüquqları məfhumu meydana çıxdı. Satılan, şikəst edilən və ya öldürülən uşaqlara müasir hüquq sistemindəkinə oxşar hüquqlar verildi. İslam hüququna görə yeni doğulan uşaq yaxşı bir ad verilmək, yaxşı bir tərbiyə verilmək, eyni zamanda yaxşı bir təhsil verilmək kimi... hüquqlara malik idi. Yeniyetməlik dövrünə qədər bu kimi hüquqları müdafiə edilən uşağın yeniyetməlik dövründən sonra da bütün hüquqları müdafiə edilirdi. 
Vətəndaş cəmiyyətinin formalaşmasında və hüquqi dövlət quruculuğunda insan hüquqlarının xüsusu yeri olduğu kimi, uşaq hüquqlarının da xüsusu yeri var. Hazırda dünyada uşaq hüquqları ilə bağlı əsas beynəlxalq sənəd 20 noyabr 1989-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assembleyası tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilən Usaq Hüquqları Konvensiyasıdır. Bu konvensiya uşaqların yaşaması və inkişaf etməsi üçün zəruri olan minimum standartları müəyyən edir və dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir və bu maddələrin hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Usaq Hüquqları Konvensiyasının birinci maddəsinə görə on səkkiz yaşına qədər hər bir insan uşaq qəbul edilir. On səkkiz yaşına çatanlar isə artıq gənc sayılır. Yeniyetməlik isə uşağın bioloji vəziyyəti ilə bağlı olub yerlərdən və iqlimlərdən asılı olaraq dəyişir. 
Atalarının uşaqlar üzərində hüdudsuz hakimiyyətləri var idi 
Qədim zamanlarda bir çox cəmiyyətlərdə uşaq hüququ məfhumu yox idi. Ona görə də, atalarının uşaqlar üzərində hüdudsuz hakimiyyətləri var idi. Atalar da bundan sui-istifadə edir, uşaqlarını sata, döyə, şikəst edə, qurban edə, ya da bu və ya başqa şəkildə öldürə bilirdilər. Məsələn, qədim Çində uşaqlar hansı yaşda olursa-olsun, ata-analarına hörmət göstərmək, hətta atalarına sitayiş etmək məcburiyyətində idilər. Buna riayət etməyənlər isə bir qayda olaraq cəzalandırılırdılar. Məsələn, ata-analarına qarşı təhqirə yol verən uşaqlar ölümlə cəzalandırılırdılar. Atasını qəsdən öldürən bir uşaq isə işkəncə verilərək öldürülürdü. 
Qədim Hindistanda isə fərqli kastadan (yəni, fərqli silkdən, qrupdan və ya təbəqədən) olan adamların uşaqları kastadan kənara çıxarılır və pariya (başqa sözlə, kölə) sinfinə daxil edilir və bu pariyalar (və ya kölələr) heç bir kasta mənsub olmayan, kəndlərdən və ya qəsəbələrdən kənarda yaşayan insan qrupuna çevrilirdilər. 
Yunan şəhər-dövlətlərində isə insanları dövlətin və cəmiyyətin mənafeyi üçün qurban verirdilər. Bir uşaq dünyaya gələndə isə bir heyət tərəfindən müayinə edilir və “yaşamaq qabiliyyəti”nə malik hesab edilən uşaqların yaşamasına icazə verilirdi. Heyət tərəfindən “yaşamaq qabiliyyəti”nə malik hesab ediməyən uşaqlar isə bir qayda olaraq ölümə məhkum edilirdi. Sonra da ölümə məhkum edilən bu uşaqlar Tayget dağından uçuruma atılırdı. 
Romada da atanın uşaqlar üzərində hüdudsuz hakimiyyəti var idi. Atanın uşağı öldürmək, küçəyə atmaq, başqalarına satmaq “hüququ” var idi. 
İslamdan əvvəlki türk icmalarında isə patriarxal bir ailə strukturu mövcud idi. Ancaq Qədim Romada olduğu kimi burada atanın uşaq üzərındə hüdudsuz hakimiyyəti yox idi. Evdə atadan sonra ananın sözü keçirdi. Atanın ölümündən sonra isə söz sahibi ana olurdu. 
İslam uşaqlara müasir hüquq sistemindəkinə oxşar hüquqlar verdi 
İslamdan əvvəlki Ərəbistan Yarımadasında təkcə qız uşaqlarının yox, oğlan uşaqlarının da həyatı üçün heç bir təminat yox idi. Uşaqlar ataları tərəfindən satıla, şikəst edilə və ya öldürülə bilirdi. Ancaq İslamdan sonra atanın uşaq üzərindəki hüdudsuz hakimiyyəti sona çatdı və ilk dəfə uşaq hüquqları məfhumu meydana çıxdı. Satılan, şikəst edilən və ya öldürülən uşaqlara müasir hüquq sistemindəkinə oxşar hüquqlar verildi. İslam hüququna görə yeni doğulan uşaq yaxşı bir ad verilmək, yaxşı bir tərbiyə verilmək, eyni zamanda yaxşı bir təhsil verilmək kimi... hüquqlara malik idi. Yeniyetməlik dövrünə qədər bu kimi hüquqları müdafiə edilən uşağın yeniyetməlik dövründən sonra da bütün hüquqları müdafiə edilirdi. 
Orta Əsrlər Qərbində isə indiki mənada uşaq və ya uşaqlıq məfhumları yox idi. O dövr Avropasında uşaqlar sadəcə olaraq “kiçik yaşlı böyük” kimi qəbul edilirdilər. Ana “himayəsindən” çıxdıqları 5-7 yaşlarından sonra isə onlar böyüklərlə eyni şərtlər altında yaşayır, həmçinin böyüklərlə eyni şərtlər altında ağır həyat tərzi keçirirdilər. O dövr Avropasında uşaqlıq xüsusi bir dövr kimi qəbul edilmədiyi üçün o günün fransız, ingilis və alman dillərində də uşaqlıq məfhumunu ifadə edən sözlərə çox rast gəlmək mümkün deyil. Bunun təbii nəticəsi kimi, uşaq ədəbiyyatına dair əsərlər də yox deyiləcək qədər azdır.
Avropada uşaq məfhumu dilə İntibahdan sonra daxil olmağa başladı 
Avropada uşaq və uşaqlıq məfhumları həm dilə, həm də həyata İntibahdan sonra daxil olmağa başladı. Maarifçilik dövrü filosofları isə uşaqların böyüklərdən fərqli olduqları, həmçinin onların tərbiyəyə və təhsilə ehtiyac duyuqları barədə fikirlər ortaya artdılar. Buna baxmayaraq, Avropada 18-ci əsrdən sonra ali və orta siniflər uşaqlarının tərbiyəsi və təhsili ilə maraqlanmağa başladılar. Ancaq aşağı sinifdəki insanların uşaqları isə yenə də orta əsrlərdə olduğu kimi böyüklərin həyatını bölüşməkdə davam etdilər. Sənayeləşmə dövründən sonra isə uşaq işçilərin ağır işlərdə istismar edilməsi, həmçinin uşaq cinayətlərinin artması ilə bağlı uşaqların müdafiəsi məsələsi gündəliyə çıxdı. 
Birinci Dünya Müharibəsiindən sonra müharibədən zərər görən uşaqları müdafiə etmək və onların ehtiyaclarını ödəmək üçün 1920-ci ildə Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu (YUNİSEF), 1921-ci ildə Beynəlxalq Uşaqları Müdafiə Konqresi quruldu. Qısa bir vaxt sonra 1923-cü ildə Cenevrə Uşaq Hüquqları Bəyannaməsi imzalandı. 1924-cü ildə isə bu bəyannamə indiki BMT tərəfindən qəbul edildi. 
İkinci Dünya Müharibəsindən sonra qalib dövlətlər tərəfindən qurulan Birləşmiş Millətlər Təşkilatı (BMT) 1959-cu ildə Uşaq Hüquqları Bəyannaməsini qəbul etdi. Bu Bəyannamə BMT Baş Assambleyası nəzdində qurulan bir işçi qrup tərəfindən yenidən işləndi və 20 noyabr 1989-cu il tarixdə BMT Baş Assambleyası tərəfindən Usaq Hüquqları Konvensiyası kimi qəbul edildi. 
Nəticə etibarı ilə tarixdə uşaq hüquqları məfhumu ilk dəfə İslamla birlikdə istifadə olunmağa başlamış, Qərb ölkələrində isə uşaq hüquqları ilə bağlı əsas inkişaf son bir-iki əsrdə qeydə alınmışdır. Bununla yanaşı, uşaq hüquqları və uşaq hüquqlarının müdafiəsi ilə problemlər bu gün də müşahidə olunmaqdadır.
Mənbə: Milli.Az

 

25 noyabr 2014
GO BACK