Qadin.NET / Yalandan and içən insan günah edirmi?

Yalandan and içən insan günah edirmi?

 

Məcburən bir əmələ görə, bu əməli gizlətmək üçün yalandan and içən insan günah edirmi? 

Milli.Az islam.az-a istinadən bildirir ki, yalandan and içmək çox böyük günahdır. Amma bəzən insan özünü və ya kimisə ölümdən, şər və ya bəladan qurtarmaq üçün məcburiyyət qarşısında and içə bilər. Amma buna istisna hallarda və and içənin haqlı olduğu hallarda icazə verilir. 
Məsələn, oğurluq və ya zina edib sonra “özümü qurtarıram” deyib and içmək olmaz. Amma kiməsə şər insan tərəfindən ciddi qərər toxunacağından qorxsa and içə bilər. Əgər kimsə yalandan and içib günah edibsə, tövbə etməli, bir daha belə günah etməyəcəyini qərara almalıdır.
Mənbə: Milli.Az

 

25 noyabr 2014
GO BACK