Qadin.NET / Selfi üçün qadağa

Selfi üçün qadağa

 

Koreya Respublikasının hökuməti selfie çəkilişi üçün ştativlərin satışını qadağan edib. Qadağa onunla bağlıdır ki, qurğularda mobil telefon kamerasının uzaq məsafədən aktivləşdirilməsi üçün istifadə edilən Bluetooth modulları ölkədə lazımı qaydada sertifikatlaşdırılmayıb.Milli.Az İCT nevs-a istinadən bildirir ki, qadağanı pozanları üç ilədək həbs cəzası və ya 30 milyon von (27 min dollar) məbləğində cərimə gözləyir.Ölkənin Elm Nazirliyi bildirir ki, problem Bluetooth modulun olmasına görə qurğuların rabitə avadanlığı kateqoriyasına aid edilməsi səbəbindən onların satışdan əvvəl elektromaqnit şüalanma səviyyəsi üzrə yoxlanmadan keçməməsi ilə əlaqədardır.Selfie üçün adi ştativlərin minimal qiyməti 5 dollardan başlayır. Onlardan tez-tez qrup avtoportretlərin yaradılması üçün istifadə edilir.

 

Mənbə: Milli.Az
25 noyabr 2014
GO BACK