Rusiya prezidenti Vladimir Putinin dekabrın 1-ə nəzərdə tutulan Türkiyə səfəri Ermənistan mətbuatında ciddi narahalıq doğurub.ANS PRESS-in məlumatına görə, erməni mətbuatı rəsmən Rusiya-Türkiyə Şurasının 5-ci iclasına sədrlik etməyə gedən rus liderinin səfərini Ermənistan üçün ciddi nəticələr verəcəyini iddia edirlər. “Rusiya və Türkiyə arasında anlaşımazlıqlar var, amma onlar daima bu məsələləri həll edirlər. İndi də iki ölkə bir sıra regional məsələlər barədə anlaşa bilərlər”, - deyə erməni jurnalist Haykazn Qaqriyan yazır. Onun fikrincə, bu görüşdə Türkiyə ilə Rusiya arasında erməni məsələsi də həll ediləcək: “İndi məlum olub ki, Moskva və Ankara erməni məsələsinin müzakirəsinə hələ 2008-ci ildən başlayıblar. Rusiya-Türkiyə danışıqları çərçivəsində Ankara Qarabağın geri qaytarılmasını və soyqırımın tanınması məsələsinə mövqeyin dəyişdirilməsini şərt qoyub”,- deyə Qaqriyan bildirib.
Mənbə: ANS PRESS