Qadin.NET / Lənkəranı su basdı

Lənkəranı su basdı

 

 

Üç gündən bəri davam edən güclü yağıntı yenidən cənub bölgəsinin bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.APA-nın məlumatına görə, ən kritik vəziyyət Lənkəranda yaranıb. Rayonun ayrı-ayrı kənd və qəsəbələrində, həmçinin Lənkəran şəhərində 1000-dən çox evi su basıb. Sel suları evlərin zirzəmilərinə dolub, xeyli sayda ev quşlarının tələf olmasına, ərzaq və kənd təsərrüfatı məhsullarının korlanmasına səbəb olub. Əhali evlərindən çıxa bilmədiyindən iş yerlərinə, uşaqlar isə məktəbə gedə bilməyiblər.Rayonun Havzava kəndində sel elektrik dirəyini yuyub apardığı üçün burada 20-dək ev işıqsız qalıb.
Şəhərdə yerləşən rayon Elektrik Şəbəkəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin binalarını su basdığından həmin təşkilatların iş fəaliyyəti dayanıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və yerli qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə cəlb olunublar.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

Mənbə: Milli.Az

25 noyabr 2014
GO BACK