Qadin.NET / ABŞ-da iğtişaşlar başladı

ABŞ-da iğtişaşlar başladı

 

ABŞ-da iğtişaşlar başladı

Amerika Birləşmiş Ştatlarının Missuri ştatında avqust ayında Maykl Braun adlı qaradərili gəncin öldürülməsi ilə əlaqədar başladılan məhkəmə işi yekunlaşıb. ANS PRESS-in məlumatına görə, hakimlər Braunu öldürən polis əməkdaşı Darren Uilsona qarşı qaldırılan iddiaların əsassız olduğuna qərar veriblər.Lakin məhkəmənin qərarı şəhəri bir-birinə qatıb. Qərarla razılaşmayan fəallar artıq mağazaları qarət edərək yandırırlar. İlk əvvəl olaya müdaxilə edən polis indi seyirçi mövqe tutmağa üstünlük verir. Etiraz edən kütlə vitrinlərə daş atır və mağazaları yandırır. Əsas hücum Maykl Braunun ölümündən əvvəl siqaret oğurlanan mağazaya olub. Cavanlardan ibarət kütlə mağazadan içkilər oğurlayır. Qəzəblənmiş kütləyə heç kim qarşı çıxmır.Bir müddət əvvəl Darren Uilson əməlinə görə, Braunun ailəsindən və, ümumilikdə, afroamerikalı vətəndaşlardan üzr istəmişdi.ABŞ prezidenti Barak Obama məhkmə qərarı ilə əlaqədar qaradərili vətəndaşları zorakılıq törətməkdən çəkinməyə çağırıb. Missuri ştatının meri Cey Nikson 30 günlük fövqəladə vəziyyət elan edib. Ferqyuson şəhərində aeroport bağlanıb.

 

Mənbə: Milli.Az

25 noyabr 2014
GO BACK