Qadin.NET / Mərakeşdə fəlakət: 30-dan çox ölü

Mərakeşdə fəlakət: 30-dan çox ölü

 

Mərakeşdə yağan aramsız yağışlar itki və tələfata səbəb olub.ANS PRESS-in məlumatına görə, Mərakeşin cənubunda yağan aramsız yağışlar güclü daşqınların meydana gəlməsinə səbəb olub. Nəticədə, daşqınlar 30-dan çox adamın həyatına son qoyub, 20 nəfərə yaxını isə itkin düşüb.Ölkənin Erraxidia regionu daşqınlardan daha çox zərər çəkib. Sel fəlakəti nəticəsində 100-dən çox kərpic ev dağılıb. Elektrik xətləri kəsilib, yollarda nəqliyyatın hərəkəti iflic olub.Daşqınların vurduğu ziyanı aradan qaldırmaq və fəlakət zonasında əhaliyə humanitar yardım göstərilməsi barədə ölkə başçısı tərəfindən göstəriş verilib. 
Mənbə: Milli.Az

 

25 noyabr 2014
GO BACK