Qadin.NET / Gözlərimizi necə qoruyaq?

Gözlərimizi necə qoruyaq?

 

Son zamanlar göz xəstəikləri ilə bağlı bütün yaş qruplarında həkimə müraciət edənlərin sayı artıb. Həkimlər göz zəifliyinin müxtəlif səbəblərdən yarandığını bildirir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, göz zəifliyinə əsas səbəblərdən biri də yeni texnologiyalardan istifadədir. Kompüterdən tutmuş telefonlara qədər hər bir modern əşya gözlərimizə qənim kəsilib. Əsasən də, uşaqlar günün çox hissəsini televizor, kompüter qarşısında keçirir. Uşaqlarda göz almasının formalaşdığı dövr olduğu üçün onlar bu kimi zərərli vərdişlərdən uzaq olmalıdırlar.  

Həkimlər texnologiyalardan istifadə qaydalarına düşgün riayət etməyi, gözlərə istirahət vermək üçün müəyyən saatlarda bu kimi vasitələrdən uzaqlaşmağı tövsiyə edirlər. Yaşlı insanlarda isə göz zəifliyinə, əsasən, yaşla əlaqədar xəstəliklər səbəb olur. Həkimlər insanlarin ən azından ildə bir dəfə müayinədən keçməsini məsləhət görürlər.
Mənbə: Milli.Az

 

24 noyabr 2014
GO BACK