Qadin.NET / Şagirdlər üçün yeni elektron dərsliklər

Şagirdlər üçün yeni elektron dərsliklər

 

Şagirdlər üçün yeni elektron dərsliklər

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.
ANS PRESS-in Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, hazırda portalda ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər. Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir.
Aşağıdakı cədvəldə fənlər üzrə elektron dərsliklərin müxtəlif formatda yüklənmə statistikası əksini tapıb: 


Cədvələ əsasən, daha çox VI sinif üzrə Azərbaycan dili (2932), riyaziyyat (2427), biologiya (2368) və ingilis dili (1857) dərsliklərindən istifadə olunub. 10242 nəfər (62 faiz) istifadəçi onlayn, 3289 nəfər (20 faiz) oflayn, 3060 nəfər isə (18 faiz) epub formatda elektron dərsliklərdən yararlanıb.
Qeyd edək ki, cari ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.

Mənbə: ANS PRESS

 

24 noyabr 2014
GO BACK