Qadin.NET / NATO Dağlıq Qarabağdakı insidentdən narahatdır

NATO Dağlıq Qarabağdakı insidentdən narahatdır

 

 

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağdakı insidentdən və zorakılıqdan narahatdır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə o, Haaqada NATO Parlament Assambleyasının iclasında deyib.
Baş katibin sözlərinə görə, bu, onu göstərir ki, münaqişənin hərbi həll yolu ola bilməz: "Siyasi həll yoluna alternativ yoxdur".
Y.Stoltenberq vurğulayıb: "Mən NATO-nun birbaşa rolunu görmürəm, lakin danışıqlar vasitəsilə Dağlıq Qarabağda davamlı sülh üçün şərait yaratmaq məqsədi ilə Minsk prosesini dəstəkləyir".
Qeyd edək ki, noyabrın 12-də, saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Mənbə:Milli.Az

24 noyabr 2014
GO BACK