Qadin.NET / Milli Məclis dövlət büdcəsini nə vaxt təsdiqləyəcək?

Milli Məclis dövlət büdcəsini nə vaxt təsdiqləyəcək?

 

 

Noyabrın 20-də müzakirəsi başa çatan və səslənən təkliflərlə birlikdə baxılması üçün hökumətə göndərilən 2015-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin təsdiqinə veriləcək. 
MM-dən APA-ya verilən məlumata görə, bu məqsədlə noyabrın 28-nə plenar iclas təyin olunub.
İclasda başqa məsələlər də müzakirə olunacaq. Bunlar “Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında” sənəd, Vergilər Məcəlləsinə və Əmək Məcəlləsinə dəyişikliklər və daha bir neçə məsələdir. 

Mənbə: Milli.Az

24 noyabr 2014
GO BACK