Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında güclü qarın fəsadları aradan qaldırılmamış, sakinlər yeni təhlükə ilə üz-üzə qalıblar. ANS PRESS-in məlumatına görə, ən çox yağıntının düşdüyü Baffalo şəhərində qarın əriməsinin səbəb olacağı daşqın təhlükəsi barədə xəbərdarlıq edilib. Fövqəladə vəziyyət xidmətinin rəsmiləri isə bildirirlər ki, qarın əriməsi səviyyəsi 2 metrdən də çox olan sel sularına səbəb ola bilər. Şəhər sakinləri daşqın baş verəcəyi təqdirdə təhlükəsiz yerlərə köçməyə hazırlaşırlar. Sakinləri evlərindən və avtomobillərindən evakuasiya etmək üçün Nyu-Yorkun avtomobil parklarından birində onlarla qayıq hazır vəziyyətdə gözləyir. Nyu-Yorkda daşqın təhlükəsi bir neçə gün davam edən şaxtalardan sonra havanın temperaturunun 15 dərəcəyədək yüksəlməsi proqnozu əsas verir.
Mənbə: Milli.Az