Qadin.NET / Bakıda hava soyuyacaq, rayonlara qar yağacaq

Bakıda hava soyuyacaq, rayonlara qar yağacaq

 

 

Yaxın 2 gün Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda naharatlıq hissi yarada bilər.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 25-də soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək. Mülayim şimal küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 6-10, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Mənbə: Milli.Az

24 noyabr 2014
GO BACK