Avropa Kosmik Agentliyinin (ESA) "Philae" kosmik aparatının 67R/Çuryumov-Gerasimenko kometasına endirdiyi "Rosetta" zondunun bəşər tarixində ilk dəfə səma cisminin səthində çəkdiyi fotolar tədqiq olunur.
Milli.Az Space-ə istinadən bildirir ki, 2004-cü ildə başlamış ekspedisiya Rusiya alimlərinin 45 il əvvəl aşkarladıqları kometaya enməklə kosmik tədqiqatlarda ciddi irəliləyişə nail olublar. Bununla yanaşı, "Rosetta" missiyası bəşəriyyəti gözləyən real təhlükəni də aşkarlayıb.
Bu missiya barədə dünya mediasında yer alan xəbərlərin sayı azalıb, "Rosetta" gündəmdən düşüb. Halbuki kosmosa ilk süni peykin göndərilməsi, Yuri Qaqarinin kosmosa çıxarılması, Neyl Armstronqun Aya ayaq basması qədər önəmli məsələdir bu missiya. 2004-cü ildə kosmosa buraxılan "Rosetta" 10 il müddətində 6,4 milyard kilometr qət etdi, 135 km/saat sürətlə uçdu və 4 kilometrlik meteoritin orbitinə daxil olmağı bacardı. Bütün bunlar bəşəriyyət tarixində ən önəmli elmi nailiyyətlər arasında sayıla bilər.
Eyni zamanda, "Rosetta" missiyası zamanı "99942 Apophis" kometası da araşdırıldı. 2007-ci ildən bəri Avropa Kosmik Agentliyi (ESA) ilə ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) birgə apardıqları bu tədqiqatlarda dönüş yaradan məqam isə kometanın uçuş orbitinin dəqiq hesablanmasıdır.
Hesablamaların nəticələrinə görə, kometanın 2029-cu ildə Yerlə toqquşma ehtimalı 2,7 faizdir.
Toqquşma 2029-cu ilin aprelin 13-də baş verə bilər. NASA alimlərinin hesablamalarına görə, hazırda ağırlığı 20 milyon ton olan "99942 Apophis" kometası planetimizdən 25-30 min kilometr aralıdan da keçə bilər.
Mənbə: Milli.Az