Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıya gəlib.
Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyəcək.
O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.
Mənbə: Milli.Az