Qadin.NET / Tənhalığın səbəbi tapıldı

Tənhalığın səbəbi tapıldı

 

Çinli həkimlər insanlarda tənhalığın genini aşkarlayıblar. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, tənhalıq geninə sahib olan insanlar daha çox özlərini tənha hiss edirlər. 600 tələbə üzərində aparılmış araşdırmadan sonra Pekin Universitetinin alimləri belə bir nəticəyə gəliblər. 5-HTA1 geninin G versiyasına sahib olan insanlar eyni genin C versiyasına sahib olanlardan daha çox özlərini tənha hiss edirlər. Nə qədər ətraflarında insanlar olsa belə, onlar bu sindromdan qurtula bilmirlər. 

Alimlər iddia edirlər ki, genin G versiyası beyində xoş əhval-ruhiyyə üçün cavabdeh olan serotonin hormonunun miqdarnı azaldır. Hormonun miqdarının azalması isə depressiyaya səbəb olur. 

Mənbə: Milli.Az

 

24 noyabr 2014
GO BACK