
Uşaq vaxtı yaşanan depressiya insan beyninin düzgün inkişafının qarşısını alır. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, məktəbəqədər dövrdə yaşanan depressiya kəllə beyninin ölçülərini azaldır. Amerikalı alimlərin apardıqları araşdırmalar bunu deməyə əsas verir.
Bir neçə il davam edən eksperimentə 3 yaşdan 6 yaşa qədər 149 uşaq cəlb olunub. İşkirakçıların hər üç nəfərindən birində günahkarlıq duyğusu olub. Yeniyetmə yaşlarında isə həmin uşaqlara kliniki depressiya diaqnozu qoyulub. Uşaqlıqda günah duyğusu keçirməyən insalar isə yeniyetmə yaşlarında psixi pozğunluqlardan əziyyət çəkməyiblər. Məlum olub ki, uşaq vaxtı yaşanan depressiya beyinin müəyyən hissələrinin inkişafını dayandırır.
Uşaq vaxtı hər hərəkətlərinə görə icazə alan və daima özlərini günahkar hiss edən insanların böyüdükdə psixi problemlərlə üzləşmək riski çoxdur.
Ekspertlər qeyd edirlər ki, uşaqlar hansısa hərəkətə görə icazə alanda, etdikləri səhv hərəkətlərə görə üzr istəyəndə valideyinlərin xoşuna gəlir. Ancaq məhz bu cəhət uşaqlarda natamamlıq kompleksinin və digər problemlərin inkişafına şərait yarada bilər.