Qadin.NET / Torpaq sürüşməsinin zərərləri açıqlandı

Torpaq sürüşməsinin zərərləri açıqlandı

 

Torpaq sürüşməsinin zərərləri açıqlandı

Bu gecə yağan yağış Bakıda torpaq sürüşməsinə səbəb olub. Nəticədə vətəndaşların mülklərinə ziyan dəyib.
ANS TV-nin məlumatına görə, ötən gecə kəskin hava şərait ilə əlaqədar Binəqədi rayonu ərazisində torpaq uçqunu baş verib. Daha dəqiq Bəlicəri qəsəbəsi Qabil Süleymanov küçəsi, 42 saylı binanın qarşısında torpaq sürüşüb. Nəticədə beton plitələr tökülüb, xəsarət alan olmasa da, bir “Jiquli” markalı avtomobilə ziyan dəyib. Hadisə şahidləri bildiriblər ki, ötən gecə güclü səs eşidiblər, sakinlər hadisə ilə bağli FHN-ə məlumat veriblər.
Hadisəyə yağışların səbəb olduğu bildirilir. 

Mənbə: ANS PRESS

 

24 noyabr 2014
GO BACK