Qadin.NET / Ərzaq bazarında yeni təhlükə

Ərzaq bazarında yeni təhlükə

 

 

Niderland rəhbərliyi H5N8 virusuna yoluxduğu ehtimal edilən daha 8 min baş quşu məhv edib. Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, rəsmilər indiyə qədər ölkənin 12 vilayətindən 3-ündə "quş qripi" kimi də tanınan H5N8 virusunu aşkarlayıblar. İndiyə qədər öldürülən quşların sayı isə 211 mini keçib. Niderlandın səhiyyə nazirliyi virusa yoluxma hallarının daha çox ola biləcəyinə dair xəbərdarlıq edib. Səhiyyə nümayəndələri öz iddialarını fermalar arasındakı yaxınlıqla əlaqələndiriblər.Niderland Avropada birinci, dünyada isə Amerika Birləşmiş Ştatlarından sonra ikinci ən böyük kənd təsərrüfatı ixracatçılarındandır. Quşların kütləvi şəkildə məhv edilməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir.Almaniyada da yeni virusa yoluxma halı aşkarlanıb. Rəsmilər Şverin şəhərində quşçuluq firmasında virus aşkarlayıblar. Ölkənin kənd təsərrüfatı naziri Til Bakhaus virusun yırtıcı quşlardan keçdiyini açıqlayıb.

Mənbə: Milli.Az

23 noyabr 2014
GO BACK