Qadin.NET / Quran oxuyarkən hansı şərtlərə əməl etmək lazımdır?

Quran oxuyarkən hansı şərtlərə əməl etmək lazımdır?

 

Milli.Az islam.az-a istinadən bildirir ki, Quran oxuyarkən bəzi müstəhəb qaydalar vardır ki, onlara riayət olunması məsləhətdir. Quran oxumağa başlamazdan əvvəl dəstəmaz almaq, üzü qibləyə sarı oturmaq, Quranı rəhilin üzərinə və ya qurşaqdan yuxarı başqa bir yüksək yerə qoymaq, Qurana salavat və istiazə (“əuzu billahi”) ilə, bismillahla başlamaq, qiraətdən əvvəl kitablarda qeyd edilən müstəhəb duaları oxumaq, Quranı gözəl səslə, avazla tilavət etmək, tələsməmək, ayələrin mənası barədə düşünmək müstəhəb sayılır. Quran oxunulan yerdə səs salmamaq və dinləmək lazımdır.

Mənbə: Milli.Az

 

23 noyabr 2014
GO BACK