Qadin.NET / Saxta erməni pilot görüntüləri

Saxta erməni pilot görüntüləri

 

Saxta erməni pilot görüntüləri

Ağdamda vurulmuş helkopterin pilotlarının meyitinin qalıqlarını çıxardığını iddia edən Ermənistan ordusunun yaydığı videoda xəbərin yalan olduğu açıqca görünür. 
ANS PRESS-in məlumatına görə, erməni bloger Ani Marqayan tərəfindən yayılmış videoda guya pilotun ərazidən çıxarılmış cəsədinin görüntüləri yer alır. Amma videoya diqqətlə nəzər yetirdikdə üzü pərdə ilə bağlanmış pilotun ya sağ adam, ya da pambıqla doldurmuş müqəvva olduğunu anlamaq çətin deyil. 
Müqəvvaya geydirilmiş paltarın üzərində heç bir yanıq izi görünmür. Həmçinin videoda göstərilən və guya pilota aid olduğu iddia edilən tamamilə bütöv olan paraşütdə heç bir yanıq izi aşkarlanmır. Halbuki, helikopter alçaq məsafədən uçarkən qəfil vurulan zaman partlayaraq yanmışdı və oradan pilotların paraşütlə tullanmaq imkanı sıfır idi.  

 

Mənbə: ANS PRESS

22 noyabr 2014
GO BACK