Qadin.NET / Ermənilər suyu zəhərlədi

Ermənilər suyu zəhərlədi

 

Ermənilər suyu zəhərlədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. 
ANS PRESS-in ETSN-ə istinadla verdiyi məlumata görə, noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 5 m3/san artaraq 161 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.1, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. 
Noyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.4, I Şahsevəndə 3, Bəhramtəpədə isə 2.6 dəfə YVQH-ni keçib. 
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.90-6.25 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

 

Mənbə: ANS PRESS

22 noyabr 2014
GO BACK