Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova -ə bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava arabir yağıntılı olacaq. Güclü şimal-qərb küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 5-7, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Mənbə: Milli.Az