Qadin.NET / ABŞ-da xəbərdarlıq

ABŞ-da xəbərdarlıq

 

ABŞ-da xəbərdarlıq

Amerika Birləşmiş Ştatlarının şimal-şərqində bir neçə gün yağan güclü qardan sonra meteoroloqlar həmin qarın əriməsi nəticəsində mümkün daşqınlar barədə xəbərdarlıq ediblər. Temperaturun kəskin düşdüyü ilk sutkalar ərzində 1,5 metrdən çox hündürlükdə qar yağıb. 
ANS PRESS-in məlumatına görə, ən gərgin vəziyyətin müşahidə edildiyi Nyu-York ştatının rəhbərliyi bəzi yaşayış evlərinin qardan sonra gözlənilən leysan yağışlara tab gətirməyə biləcəyinə dair xəbərdarlıq edib. Nyu-York qubernatoru Endryu Kuomo bildirib ki, yaşayış evlərinin damındakı qalın qar örtüyü yağışın təsiri ilə daha da ağırlaşa və uça bilər. İndiyədək azı 30 evin dam örtüyü uçub. 
Nyu-Yorkun Buffalo şəhərində yolların əksəriyyəti hələ də bağlıdır. 
Ən son məlumatlara görə, bölgədə əksəriyyəti Nyu-Yorkda olmaqla, 13 nəfər ölüb. Onların əksəriyyəti qar təmizləyərkən ürək tutmasından ölüb.

 

Mənbə: ANS PRESS
22 noyabr 2014
GO BACK