Qadin.NET / Bakıda möhtəşəm mənzərə olacaq

Bakıda möhtəşəm mənzərə olacaq

 

Bakıda möhtəşəm mənzərə olacaq

“Bakı- 2015 İlk Avropa Oyunlar”nın açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə gələn həftə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək. 
ANS TV-nin məlumatına görə, bununla bağlı noyabrın 24-də İçərişəhər işıqlandırılacaq və diqqətçəkən şou göstəriləcək. İşıqlandırma effektlərindən ibarət şou axşam saat 20:00-da başlayacaq. “Bakı-2015” in təsviri əfsanəvi Qız qalası memarlıq abidəsi üzərində əks olunacaq. 
24 noyabrda bütün ölkədə böyük maraq oyadacaq xüsusi xəbər elan ediləcək.

 

Mənbə:ANS PRESS

22 noyabr 2014
GO BACK