Qadin.NET / Erməni ordusunun itkiləri gizlədilir

Erməni ordusunun itkiləri gizlədilir

 

Erməni ordusunun itkiləri gizlədilir

Ermənistanda hüquq müdafiəçiləri Müdafiə Nazirliyinin əsgər itkiləri barədə verdiyi məlumatları doğru saymırlar. 
ANS PRESS-in məlumatına görə, nazirliyin məlumatına görə, 2013-cü ildə Ermənistan ordusunun döyüş mövqelərində verdiyi itkilər adi itkilərdən çox olub və hüquq müdafiəçiləri buna inanmırlar. 
Rəsmi məlumatlara görə, 2013-cü ildə Ermənistan ordusunda 30 ölüm halı qeydə alınıb və bunun yalnız 7-si döyüş meydanında olub: 5 nəfər qətlə yetirilib, 6 nəfər intihar edib, 5 nəfər yol qəzasına düşüb. 3 nəfər xəstəlik üzündən ölüb, 1 nəfəri cərəyan vurub. 3 nəfər hərbçi isə döyüş silahı ilə düzgün davranılmadığına görə həlak olub. 
Bir neçə gün öncə Ermənistan prezidentinin iqamətgahı önündə piket keçirən əsgər anaları bu məlumatlara inanmadıqlarını bildirirlər. Əsgər anaları övladları barədə qaldırılmış istintaq işlərinin dəyişdirilməsini tələb ediblər. 

 

Mənbə: ANS PRESS
22 noyabr 2014
GO BACK