Bir zamanlar multimilyonçu Reyçel Banni Mellona məxsus olmuş nadir göy almaz hərraca çıxarılaraq satılıb. Unikal almaz 32,6 milyon dollara alınıb.Məşhur filantrop, Ceki Kennedinin yaxın rəfiqələrindən olan Reyçel Mellon Ağ Evin bağındakı qızılgül bağçasının landşaft dizaynerlərindən biri olub.Milli.Az ABC-yə istinadən bildirir ki, "Sotheby's" hərracında satışa çıxarılmış "Fancy Vivid Blue" adlı göy rəngli, nadir almazı anonim qalmaq istəyən kolleksioner alıb. Həmin şəxsin Çinin Honkonq şəhərində yaşadığı vurğulanır
Almaz 9,75 karatdır."Banni" kimi tanınan Ceki Mellon ABŞ-ın və dünyanın ən böyük banklarından biri "Mellon Bank"ın sahibi, filantrop Pol Mellonun dul xanımı idi. Ceki Mellon bu ilin martında 103 yaşında vəfat edib.
Mənbə: Milli.Az