İrəvanın bəzi ərzaq mağazalarında Azərbaycanın brend markası sayılan “Azərçay buket” satılır.Milli.Az Avropa.İnfo-ya istinadən bildirir ki, Ermənistanın Kənd Təsərrüfatı nazirliyinin ərzaq üzrə dövlət təhlükəsizliyi xidmətinin mətbuat katibi Armine Sukisyan deyib ki, Azərbaycandan Ermənistana heç bir mal keçirilimir. Ancaq o, bəzi Azərbaycan mallarının Ermənistana keçirilməsini də istisna etməyib. Erməni rəsmisinin sözlərinə görə, çay şəxsi çantalarda ölkəyə daxil ola bilər.Ermənistanın qarşılaşdığı bir problem isə “Azərçay” markasının təkcə Azərbaycanda yox, həm də Rusiyanın Kuban regionunda istehsal olunmasıdır. Avrasiya İttifaqına daxil olan ölklələrdə istehsal olunan başqa Azərbaycan markaları da var ki, onlar Ermənistan ərazisinə sərbəst daxil ola biləcək. Bunu Avrasiya İttifaqının şərtləri tələb edir.
Mənbə: Milli.Az