Qadin.NET / Messi "Real"a keçir?

Messi "Real"a keçir?

"Real Madrid" barədə maraqlı transfer iddiaları yayılıb. Milli.Az Goal.Az-a istinadən xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Perez Lionel Messinin xidmətlərində maraqlı olub. Bu səbəbdən Perez əzəli rəqibi "Barselona"nın argentinalı ulduzuna maliyyə cəhətdən cəlbedici təklif göndərib.Mənbənin məlumatına əsasən, Madrid klubu Messiyə ildə 25 milyon funt məvacib vəd edirmiş. "Adidas" firması da hadisələrin sonrakı inkişafından asılı olaraq, böyük həcmdə mükafat ayıracağını bildirib. Amma Messi təklifi rədd edib.Qeyd edək ki, ölkəsinin KİV-lərinə açıqlama verən Messi "Barselona"dan ayrılacağını istisna etməmişdi. Onun sözləri İspaniyada bir sıra müzakirələrə, "Barsa"da isə narahatlığa səbəb oldu. Lakin Leonun atası Xorxe Messikatalon klubunun prezidenti Xosep Mariya Bartomeunu sakitləşdirərək oğlunun Barselonada xoşbəxt olduğunu bildirmişdi.
Mənbə: Milli.Az
22 noyabr 2014
GO BACK