Qadin.NET / Dəhşətli xəstəlik 40 can aldı

Dəhşətli xəstəlik 40 can aldı

Dəhşətli xəstəlik 40 can aldı

Madaqaskarda taun xəstəliyinin geniş vüsət alması nəticəsində artıq 40 nəfər ölüb.
ANS PRESS-in məlumatına görə, Madaqaskarda ümümilikdə 119 nəfər bu xəstəliyə yoluxub. Bu haqda Ümümdünya Səhiyə Təşkilatı xəbər verib.
Təşkilatda hesab edirlər ki, infeksiyanın sürətli yayılmasının riski artıqdır. Xəstəlik və bir ölüm hadisəsi paytaxt Antananarivuda qeydə alınıb. Qeyd edilir ki, şəhərdə "əhalinin yüksək sıxlığı və səhiyyənin zəif sistemi" tauna geniş yol açır.
Ümümdünya səhiyə təşkilatı ölkələrə Madaqaskara səfərlər və ya ticarət üzrə məhdudiyyətləri daxil etməyi məsləhət görməyə başlamayıb.
Mənbə:ANS PRESS

22 noyabr 2014
GO BACK