Qadin.NET / Mobil şəbəkələr axşam "yatacaq"

Mobil şəbəkələr axşam "yatacaq"

Dünyanın abunəçi sayına görə dördüncü mobil operatoru Telefónica İsrailin mobil infrastrukturla məşğul olan eVolution Networks startupını (yenicə fəaliyyətə başlayan şirkət) Cənubi Amerikada mobil şəbəkələrin enerji sərfiyyatının idarə olunmasına kömək üçün əməkdaşlığa cəlb edib.

eVolution şirkətinin proqram təminatı xidmətlərə tələbat zəif olanda və baza stansiyalarının tam gücü ilə işləməsinə ehtiyac olmayanda Telefónica şəbəkəsinin bir qismini Standby rejiminə keçirəcək.Milli.Az ICT nevs-a istinadən bildirir ki, pik olmayan vaxtda şəbəkənin tutumunu azaldan eVolution mobil operatorun baza stansiyalarının enerji sərfiyyatını 35 faiz azaldaraq mobil şəbəkənin ümumi istismar gücünü həm ucuz, həm də ekoloji baxımdan təmiz edir.
eVolution ilk əməkdaşlığı Yamaykanın Digicel operatoru ilə qurub. Lakin Telefónica Avropa və Amerikada fəaliyyət göstərməklə dünyada nəhəng transmilli operatorlardan biridir.Sövdələşmədə Telefónicanın yalnız Cənubi Amerikada həyata keçirdiyi əməliyyatlar nəzərdə tutulsa da, bu, enerji sərfiyyatının idarə olunmasında qabaqcıl texnologiyaları tətbiq edən yeganə operator deyil.Belə ki, GreenTouch sənaye konsorsiumu telekommunikasiyada diqqəti böyük buraxılış qabiliyyətinə malik şəbəkələrin tikintisindən az enerji sərf edən şəbəkələrə yönəltməyə çalışır.Həmçinin SK Telecom operatoru Cənubi Koreyada Ericsson şirkəti ilə birlikdə fəaliyyət göstərməklə şəbəkələrdə oxşar Standby texnologiyasını tətbiq etmək istəyir.
Mənbə: Milli.Az
22 noyabr 2014
GO BACK