Qadin.NET / Qəribə, bəlkə də absurd Mini

Qəribə, bəlkə də absurd Mini

Şəkildə gördüyünüz avtomobil 1975-ci ildə Florida ştatının Yupiter şəhərində ZCars şirkəti tərəfindən buraxılmış Austin Mini modelidir. Onu elə bu dəqiqə 35 000 dollara almaq mümkündür.Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin mühərriki qabaqda deyil, arxada yerləşir. Maşının sahibi kifayət qədər lütfkar insan olduğundan bu mühərriki polikarbonat pəncərəli izolyasiya ekranı ilə ayırıb. Beləliklə sürücünün saçlarının bu bədheybətin kompressoru tərəfindən sorulması təhlükəsinin qarşısı alınıb. Texniki nöqteyi-nəzərdən qeyd edilən mühərrik 2005-ci il Acura RSX Type-S modelindən götürülərək 495 at gücünədək gücləndirilmiş Honda istehsalı dörd silindrli K20Z1 aqreqatıdır.İnteryer tamamilə unikaldır və siz ona nə qədər pul xərcləndiyini dərhal təxmin edə bilərsiz. Satıcının bildirdiyi saysız-hesabsız modifikasiyaları nəzərə alsaq bu işə 100 min dolların xərclənməsi həqiqətdən çox uzaq deyil.

Mənbə: Milli.Az

 

22 noyabr 2014
GO BACK