Qadin.NET / Özünüzü dələduz "FHN işçilərindən" qoruyun

Özünüzü dələduz "FHN işçilərindən" qoruyun

 

 

Son zamanlar özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən bəzi dələduzlar tərəfindən yoxlama adı altında aldadılaraq ayrı-ayrı sahibkarlara təzyiqlərin edilməsi, fəaliyyətlərinə qanunsuz müdaxilələrə yol verilərək normal iş prosesinə maneçilik törədilməsi, hətta müəssisənin fəaliyyətini dayandırmaq hədə-qorxusu ilə onlardan pul tələb edilməsi halları barədə məlumatlar daxil olmaqdadır. 
Trend FHN və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, belə halların vaxtında aşkar olunaraq həmin şəxslər barəsində qanunvericiliyə uyğun ölçü götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu bütün fiziki və hüquqi şəxslərə müraciət edərək xahiş edir ki, yoxlamaya gəlmiş şəxslərdən xidməti vəsiqə və həmin yoxlamaya səlahiyyət (icazə) verən müvafiq sənədi təqdim etmələrini tələb etsinlər, eyni zamanda, həmin şəxslərin nazirliyin əməkdaşı olduğuna və ya yoxlamanın əsaslılığına şübhə yarandıqda isə aidiyyəti üzrə aşağıda göstərilən telefon nömrələri vasitəsilə dəqiqləşdirmə aparsınlar:
- FHN Dövlət Yanğın Nəzarəti Xidməti – (12) 512-26-02; (50) 240-90-37;
- FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – (12) 512-21-83;
- FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi – (12) 512-15-02; (55) 512-12-01;
- FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi – (12) 512-46-26; (12) 512-46-37; (12) 512-46-34;
- FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi – (12) 512-17-12; (12) 512-17-37.

Fiziki və hüquqi şəxslərdən onların rastlaşdıqları hər hansı qanun pozuntusu ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzlərinə məlumat vermələri xahiş olunur.

Mənbə: Milli.Az

21 noyabr 2014
GO BACK