Sabah Abşeron yarımadasında yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, noyabrın 22-i Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, arabir yaış yağacacaq. Şimal küləyi gecəyə doğru güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 7-9, gündüz 10-12 dərəcə isti olacaq.
Rayonlarda da arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 4-9 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlıq ərazilərdə gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 4-8 dərəcə isti olacaq.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bu gündən etibarən havanın soyuyacağını bildirilib. Belə ki, noyabr ayının sonuncu ongünlüyündə havanın qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq edib. Xəbərdarlıqda noyabrın 3-cü ongünlüyünün birinci yarısında - noyabrın 21-dən 25-ə qədər ölkədə qeyri-sabit, dəyişkən havanın olacağı bildirilib.
Ayın 21-i axşamdan şimal rayonlarında fasilələrlə qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şimal küləyi əsəcək. Noyabrın 23-dən 25-ə qədər temperaturun 5-8 dərəcə enəcəyi gözlənilir.
Mənbə:ANS PRESS