Qadin.NET / Ana oğlundan utanıb arıqladı

Ana oğlundan utanıb arıqladı

 

 

İki övlad anası, 32 yaşlı Aqneşka Roquşka son 12 ay ərzində 83,7 kq arıqlayıb. Onun sərt pəhriz saxlaması, idmanla məşğul olması və onsuz da gərgin olan iş qrafikində vaxt taparaq fitnes zala yollanmasının səbəbi var.
Daha doğrusu, səbəbkarı.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Bristol şəhərində yaşayan Aqneşka Roquşka özünü tam normal, amma bir qədər "toppuş" xanım sayırdı. O, özünü çox kök, izafi çəkili qadın hesab etmirdi və bu səbəbdən də sevdiyi təamları istədiyi zaman yeyirdi.Amma günlərin birində Aqneşkanın 8 yaşlı oğlu Oliver ondan soruşdu: "Ana, sən axı niyə belə tosqunsan?! Sənin qarnın başqa anaların qarınlarından niyə yekədir?!"Bu sözləri eşidən Aqneşka çox utandığını deyir."Özümü pis hiss etdim. Sevimli oğlum mənə belə deyirdisə, deməli, ətrafımdakı insanlar da eyni cür düşünürdülər. İşdə və küçədəki insanların nəzərlərini sanki yenidən anladım. Məhz o gün arıqlamağa, çəkimi normaya salmağa qərar verdim".Çəkisi 146,7 kq olan Aqneşka pəhrizə və idmana başladı.
Bir il keçdi və onun çəkisi 63 kiloqrama düşdü. Beləcə, iki övlad anası 12 ayda 83,7 kq arıqlamağı bacarmışdı.
Aqneşkanın sözlərinə görə, onun anası da izafi çəkili olmuşdu.
"İkinci övladıma hamilə olanda qidalanma rasionumu pozmuşdum. Kökəldiyimi anlayırdım və bunun qarşısını almaq üçün ciddi addımlar atmadım. Doğuşdansonra intensiv terapiyada olanda kökəlməyə davam etdim. Sonra ərimlə boşandım, depressiyaya qapıldım, yenə kökəldim. Beləcə, çəkim həddən artıq artdı", - Aqneşka Roquşka söyləyib.
Mənbə: Milli.Az
21 noyabr 2014
GO BACK