4 ildən bəri beyində yuva salan, dəhşətli ağrılar verən qurdlar cərrahiyyə əməliyyatı nəticəsində çıxarılıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əməliyyat İngiltərənin Kembric qraflığındakı Addenbruks şəhər hospitalında aparılıb. Pasiyentin beynində yuva salmış 1 sm uzunluğunda qurd beynin sol yarımkürəsinə tərəf 5 sm uzunluğunda "lağım" atmışdı.Bunun nəticəsində pasiyentdə qıcolmalar, yaddaş itkisi, huşsuzluq və dözülməz başağrıları vardı.
Addenbruks şəhər hospitalının həkimlərinin dediklərinə görə, Britaniyada ilk dəfədir ki, belə hal yaşanıb.Uzaq Şərqdə aşkarlanan "Spirometra erinaceieuropaei" adlı, beyinə yeriyən aqressiv qurd orada yuva yaradır və yumurta qoyur. Yumurtadan çıxan süfrələr isə beyinlə qidalanır, sonucda insan iflic və dəli olur, ölür.
1953-cü ildən bəri dünyada 300 belə hal aşkarlanıb.
Addenbruks şəhər hospitalının neyrocərrahı Effrosini Qkraina-Klostasdeyib: "Bu çox nadir soliterin Britaniyada aşkarlanması ölümcül təhlükənin dünyaya yayılmağa başladığını göstərib. "Sparqanoz" adlandırdığımız bu bəlanı araşdırır, müayinə və analizlər aparırıq".

Mənbə: Milli.Az