Qadin.NET / Qara qış gəlir

Qara qış gəlir

 

Qara qış gəlir

Qarşıdakı 30 ildə qlobal soyuma yaşanacaq. Bir müddət NASA-da müşavirlik edən iqlim dəyişiklikləri üzrə mütəxəsssis Con L.Casey bu iddia ilə çıxış edib. ANS PRESS-in məlumatına görə, dünya yeni soyuma dövrünə daxil olacaq. O, dünyanın radikal iqlim dəyişikliyinin astanasında olduğunu deyib. 
Caseyin sözlərinə görə, qarşıdan gələn 30 ildə qara qış hökm sürəcək. Bu illərdə günəşdəki alovlanma və partlayışlar azalacaq. 
O, kitabında yazıb ki, günəşin qış yuxusunda olacağı dövrdə okean və atmosferdə həraraət düşəcək, bu da vulkanik fəallıq və zəlzələlərin artmasına səbəb olacaq. 
Qlobal soyuma kənd təsərrüfatına da mənfi təsir edəcək. Ağacları, bitkiləri don vuracaq və qida çatışmazlığı yaranacaq. NASA mütəxəsssi Rusiyanın Ukrayna uğrunda mübarizəsini də məhz bununla əlaqələndirir. Bu nəzəriyyəyəy görə, Rusiya ehtimal edilən ərzaq problemi zamanı ehtiyacını ödəmək üçün Ukrayna qaynaqlardan istifadəni planlaşdırır. 
Xatırladaq ki, son günlər ABŞ-da hökm sürən sərt hava şəraiti NASA mütəxəssisinin fikirlərinin real ola biləcəyini göstərir. Belə ki, şaxtalı, qarlı hava 10 nəfərin ölümünə səbəb olub. Yüzlərlə maşın yollarda qalıb. Qarın qalınlığı nəticəsində bir çox evlərdə çökmə təhlükəsi yaranıb. 

 

Mənbə:ANS PRESS

21 noyabr 2014
GO BACK